AZ

Beyləqanda yataqxana binasında yanğın olub

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəBeyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən yataqxana binasındayanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Məlumatla əlaqədardərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan rayonYanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri vətəxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli yataqxana binasınınikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkanverilmədən qısa müddətdə söndürülüb.

Xəsarət alan olmayıb.

Seçilən
123
19
az.trend.az

10Mənbələr