Bakı, 3 yanvar, AZƏRTAC
1 dekabr 2025-ci ilə aid statistikaya görə, Fransa həbsxanalarında 86 229 nəfər saxlanılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, sözügedən dövrdə həbsxanalarda cəmi 63 613 dustaq üçün yer vardı. Bu da, həbsxanalarında doluluq səviyyəsinin 135,6 faiz olduğunu göstərir.
Qeyd olunur ki, ən ağır vəziyyət istintaq təcridxanalarındadır. Bu penitensiar müəssisələrdə 164,7 faizdir.
Avropa Şurasının son hesabatına görə, Fransa Penitensiar müəssisələrin doluluğuna görə yalnız Slovakiya və Kiprdən geri qalır.