AZ

“Qurban Qurbanov çox sərt və tələbkar məşqçidir”

“Qurban Qurbanov çox sərt və tələbkar məşqçidir”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Mateuş Koxalski “Region Plus”a müsahibəsi zamanı deyib.

Polaşlı kiper komandanın uğurlarının səbəbinin Qurban Qurbanovun sərt olmasına bağlayıb:

“Məhz buna görə “Qarabağ” bu səviyyədə çıxış edir. Çempionatda isə ən çətin rəqiblər “Zirə” və “Sabah”dır.

Güclü futbolçuları və yüksək motivasiyaları var. Ümumilikdə liqanın hər mövsüm inkişaf etdiyini görmək mümkündür”.

Seçilən
38
sportinfo.az

1Mənbələr