ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
2025-ci il Böyük Britaniyada müşahidələr tarixinin ən isti və günəşli ili kimi rekord vurub.
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Qurum ortaillik temperaturun 10.09°C olduğunu bildirib. Bu, 1884-cü ildə ətraflı hava müşahidələrinə başlanandan bəri rekord göstəricidir.
Məlumatlar, həmçinin göstərir ki, 21-ci əsrin əvvəllərindən bəri Böyük Britaniyanın ortaillik temperatur rekordu altı dəfə - 2002, 2003, 2006, 2014, 2022 və 2025-ci illərdə qeydə alınıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.