ain.az, Axar.az portalına istinadən məlumat verir.
ABŞ Polşanın hərbi infrastrukturuna 500 milyon dollardan çox investisiya qoymaq qərarına gəlib.
Axar.az xəbər verir ki, bu barədə Polşa hökumətinin sözçüsü Adam Şlapka məlumat yayıb.
"Güclü ittifaqlar real təhlükəsizlik deməkdir. ABŞ Polşanın hərbi infrastrukturuna - Dravsko-Pomorskie, Povidzie, Vrotslav və Laskda 500 milyon dollardan çox investisiya qoyuluşunu təsdiqləyib. Amerika ilə əməkdaşlıq ölkənin müdafiəsini və NATO-nun şərq cinahını gücləndirir", - o qeyd edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.