AZ

Bu ölkənin paytaxtında güclü zəlzələ oldu

Meksikanın paytaxtı Mexikonda baş verən zəlzələ nəticəsində 12 nəfər xəsarət alıb.Metbuat.az xəbər verir ki, bu barədə şəhər meri Klara Bruqada “X” hesabında məlumat verib. Onun sözlərinə görə, hazırda dövlət qurumları yaşayış və inzibati binalar, həmçinin kritik infrastruktur obyektlərində yoxlamaları davam etdirir. Meksikanın Milli Seysmoloji Xidmətinin məlumatına əsasən, zəlzələnin maqnitudası 6,5 olub. Yeraltı təkanların episentri Qerrero ştatında, San-Markos şəhərindən 15 kilometr cənub-qərbdə, təxminən 10 kilometr dərinlikdə qeydə alınıb.

Qeyd edək ki, zəlzələ səbəbindən prezident Klaudia Şeynbaumun mətbuat konfransı xəbərdarlıq sistemi işə düşdüyü üçün yarımçıq dayandırılıb.

Seçilən
104
metbuat.az

1Mənbələr