AZ

Rus Pravoslav Kilsəsinin keşişi Estoniyaya buraxılmadı

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Rus Pravoslav Kilsəsinin keşişi Roman Kolesnikovun Estoniyaya girişinə icazə verilməyib.

Axar.az xəbər verir ki, bu barədə Estoniyanın ERR nəşri məlumat yayıb.

“Kolesnikov Moskva Patriarxlığına bağlı olan Estoniya Pravoslav Xristian Kilsəsində xidmət etməyə başlayıb. Lakin Daxili İşlər Nazirliyi kilsə nümayəndəsinin ölkəyə daxil olmasına icazə verməkdən imtina edib.

Qadağa milli təhlükəsizliyə təhdidlə əlaqələndirilir, çünki Kolesnikovun fəaliyyəti Rusiyanın aqressiv xarici siyasətini və “Rusiya dünyası" ideologiyasını dəstəkləyir.

Estoniya təhlükəsizlik agentliyi həmçinin hesab edir ki, Rusiya Pravoslav Kilsəsi Rusiya kəşfiyyat xidmətləri tərəfindən digər ölkələrin təhlükəsizliyini pozmaq üçün istifadə olunur”, - məlumatda bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
97
19
axar.az

10Mənbələr