"Latsio"nun sol cinah müdafiəçisi Nunu Tavareş karyerasını "Atletiko Madrid" klubunda davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, Madrid klubu portuqaliyalı futbolçunun xidmətində maraqlıdır.
Hazırda hər şey yalnız ilkin maraqla məhdudlaşır və konkret danışıqlar aparılmır.
Tavares 2025-ci ilin yayında "Latsio"ya "Arsenal"dan 5 milyon avroya transfer olunub. Əvvəllər o, Roma klubunda kirayə əsasında çıxış edirdi. 25 yaşlı müdafiəçinin Transfermarkt portalına görə dəyəri 15 milyon avro qiymətləndirilir. Onun "Latsio" ilə müqaviləsi 2029-cu ilə qədərdir.