Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Rusiyanın Leninqrad vilayətində Novoladojski kanalında qayığın aşması nəticəsində üç nəfər həyatını itirib.Lent.az xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qəza-xilasetmə xidməti məlumat yayıb.
Məlumata görə, yanvarın 2-si axşam saatlarında Novaya Ladoqa şəhərinin axtarış-xilasetmə dəstəsinə Krenitsi bazası ərazisində dörd nəfərin olduğu qayığın aşması barədə məlumat daxil olub.Hadisə nəticəsində bir nəfər xəsarət alıb, üç nəfər isə ölüb.
Məlumata görə, hüquq-mühafizə orqanları ölənlərin cəsədlərini hadisə yerindən aparıb, xəsarət alan şəxs isə xəstəxanaya yerləşdirilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.