Yazını böyüt
Yazını kiçilt
Meksikanın cənub-qərbindəki Gerrero ştatında 6.5 bal gücündə zəlzələ baş verib.
Hafta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, zəlzələnin episentri 187 000 nəfərin yaşadığı Çilpansinqo şəhərindən 42 kilometr cənub-şərqdə qeydə alınıb və 42 kilometr dərinlikdə yerləşib.
Meksika Prezidenti Klaudiya Şeynbaum Gerrero ştatındakı Milli Sarayda zəlzələ xəbərdarlığı edildikdən sonra gündəlik mətbuat konfransını yarımçıq dayandırıb.
Heç bir tələfat və ya dağıntı barədə məlumat verilməyib.