AZ

Konte haqlıdır, onun komandasına həsəd aparacağım bir şey yoxdur

ain.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Yuventus”un baş məşqçisi Luçano Spalletti klubların infrastrukturu ilə bağlı Antonio Kontenin fikirləri ilə razılaşıb.

Sportal.az xəbər verir ki, “Napoli”ni çalışdıran Konte daha əvvəl neapolluların İtaliyanın digər komandaları üzərində dominant ola bilməməsini belə izah etmişdi:

“Bir çox səbəbdən, çünki mənim fikrimcə, biz bu yola yenicə başlamışıq. Hesab edirəm ki, ‘Yuventus’, ‘İnter’ və ‘Milan’ın daha yaxşı strukturu, daha böyük təsiri və digər klublarla müqayisədə daha yüksək maaşları var.”

Spalletti 2021–2023-cü illərdə “Napoli”də çalışıb.

“Konte haqlıdır. Texniki baxımdan onun komandasına həsəd aparacağım bir şey yoxdur. İnfrastruktur baxımından da o, yenə haqlıdır. Mən ‘Yuventus’a gələndə gördüm ki, cərimə zərbələrinin məşqi üçün divar daim hərəkət edir, ‘Napoli’də isə o, sabitdir. Deməli, bu məsələdə də biz öndəyik”, – deyə Spalletti bildirib.

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
sportal.az

2Mənbələr