“Yuventus”, “Çelsi” və “Mançester Yunayted” “Milan”ın fransalı qapıçısı Mayk Menyanla maraqlanır.
Publika.az xəbər verir ki, lakin “rossoneri” əsas qolkiperi üçün yeni müqavilə təklifi hazırlayır. Bu barədə “Calciomercato” məlumat yayıb.
“Milan” rəhbərliyi 2026-cı ilin iyulunda müqaviləsi başa çatacaq komandanın əsas qapıçısı ilə əməkdaşlığın uzadılması istiqamətində işi aktivləşdirib. Yaxın keçmişdə tərəflər arasında müəyyən gərginlik olsa da, hazırda vəziyyət sabitləşib və klub qətiyyətli mövqe nümayiş etdirir.
İdman direktoru İqli Tare futbolçunun nümayəndələri ilə əlaqələri gücləndirib və bu, vacib görüşün razılaşdırılmasına imkan verib. Danışıqların yanvarın 2-də keçirilməsi planlaşdırılan “Kalyari” ilə matçdan dərhal sonra baş tutacağı gözlənilir.
“Rosseneri” fransalı qapıçıya maaşının əhəmiyyətli dərəcədə artırılmasını təklif etməyə hazırdır. Yeni müqavilədə illik sabit məbləğ 5,5 milyon avro nəzərdə tutulur ki, bu da Menyanın hazırkı maaşından təxminən iki dəfə çoxdur.