MİNGƏÇEVİR, 2 yanvar. TELEQRAF
Mingəçevirdə güclü külək fəsadlar törədib, ağacları kökündən qoparıb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, güclü külək daha çox Heydər Əliyev prospekti və Yüksək Texnologiyalar Parkı yaxınlığında yerləşən yaşıllıq zolağına ziyan vurub.
Burada 8 ağac kökündə qopub. Eyni zamanda kökündən qopan ağaclardan biri küçə işıq dirəyinə çırpılaraq onu da aşırıb.