AZ

Qazaxıstan milyonlarla hektar ərazini dövlət mülkiyyətinə qaytarır

Astana, 2 yanvar, AZƏRTAC

Qazaxıstanda 2025-ci ildə istifadə olunmayan 2,1 milyon hektar torpaq sahəsi vaxtından əvvəl dövlət mülkiyyətinə qaytarılıb.

AZƏRTAC Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin Torpaq Resurslarının İdarə Edilməsi Komitəsinə istinadla xəbər verir ki, 2022-ci ildən etibarən ölkədə hüquq-mühafizə orqanlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə torpaqlardan səmərəli istifadə məsələləri üzrə respublika komissiyası fəaliyyət göstərir.

2022-ci ildən bu günədək, ümumilikdə, 14,3 milyon hektar torpaq sahəsi dövlət mülkiyyətinə qaytarılıb. Bunun da 7,7 milyon hektarı artıq yenidən bölüşdürülüb: 2,7 milyon hektar mal-qaranın otarılması üçün ümumi istifadəyə verilib, 5 milyon hektar isə müsabiqə əsasında təqdim olunub.

Bildirilib ki, icra orqanlarına, ilk növbədə, yerli əhalinin otlaq sahələrinə olan tələbatını, habelə kənd təsərrüfatı ilə məşğul olmaq istəyən vətəndaşların maraqlarını nəzərə almaq tapşırılıb.

 
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Seçilən
91
azertag.az

1Mənbələr