GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Federal Təhlükəsizlik Bürosunun direktoru Kaş Patel Yeni il ərəfəsində Şimali Karolina ştatında baş verməsi planlaşdırılan terror aktının qarşısının alındığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, FTB tərəfdaş qurumlarla birgə potensial hücumu vaxtında aşkarlayaraq önləyə bilib.
Şübhəlinin İŞİD ideologiyasından təsirləndiyi ehtimal olunur.
Məlumata əsasən, FTB-nin Şarlott şəhərindəki bölməsi yaxın zamanda mətbuat konfransı keçirəcək və insidentlə bağlı əlavə detalları təqdim edəcək.
Kaş Patel əməkdaşlığa görə tərəfdaş qurumlara təşəkkür edib və onların birgə səylərinin insan həyatını xilas etdiyini vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.