AZ

Bakıda intensiv qar yağacaq?VİDEO

Bu gün ölkə ərazisinin əksər bölgələrində yağıntılı və küləkli hava şəraiti müşahidə edilib.

Xezerxeber.az-ın məlumatına görə, bəzi ərazilərdə hətta qarın hündürlüyü 38 sm-ə çatıb.

Paytaxt Bakıda və Abşeron yarımadasında isə əsasən yağmursuz keçməsinə baxmayaraq, günorta saatlarında qısamüddətli qar yağması müşahidə olunub.

Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, qeyri-sabit hava şəraiti bu gecə saatlarınadək davam edəcək.

Paytaxta davamlı qar yağması gözlənilmir. Qış havası bölgələrdə isə hələ bir müddət özünü göstərəcək. Lakin 2-dən 3-nə keçən gecə bəzi şəhərətrafı ərazilərdə az yağıntılı olacağı ehtimal edilir.

Gecə və səhər saatlarında yolların buz bağlama ehtimalı var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
66
xezerxeber.az

1Mənbələr