AZ

Premyer Liqanın bombardiri: "Mən işləməyə davam edirəm, amma…"

“Sabah”ın almaniyalı forvardı Con-Leys Mikels əla mövsüm keçirir.

Ölkə kubokunda keçirdiyi bir oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan almaniyalı liqada da qarşısıalınmazdır.

Belə ki, 16 turdan 12-də meydanda olan 31 yaşlı legioner 9 dəfə rəqib qapıların torunu silkələyib, 3 dəfə isə yoldaşlarının fərqlənməsi üçün son ötürməni edib.

Bu nəticə ilə Mikels hazırda Premyer Liqanın bombardirlər cədvəlinə başçılıq edir.

Təcrübəli oyunçu 2021-ci ildən ( 2023/24 mövsümü xaric) “Sabah”ın formasını geyinir. İlk dəfə ən sərrast oyunçu adını qazana bilər.

Əla performansı ilə bağlı Sportinfo.az-a açıqlama verən oyunçu təvazökar danışması ilə seçilib:

“Əlbəttə, vurduğum hər qola sevinirəm, amma ən vacib məsələ komandanın uğurudur.

Əgər qollarımla komandaya kömək edə bilirəmsə, mənim üçün kifayətdir.

Çempionatın bombardiri olmağa yetib-yetməyəcəyini mövsümün sonunda görəcəyik.

Mən işləməyə davam edəcəyəm”.

XANOĞLAN

Seçilən
106
sportinfo.az

1Mənbələr