Maraqlıdı, bəs, naxçıvanlılar ukraynalı mütəxəssislə bütün məsələlərdə ortaq məxrəcə gəlibsə, təyinat niyə rəsmən açıqlanmır?
Sualı klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədova ünvanladıq. Onun “Football-plus.az”a cavabı:
“Bu haqda nəsə deyə bilmərik. Çünki danışıq aparılan başqa mütəxəssislər də var. Ortada rəsmi müqavilə yoxdu. Belədə müsahibə vermək, bu cür detallardan bəhs etmək nə dərəcədə etikdi? Andrey Demçenko nə vaxt baş məşqçi təyin olunsa, rəsmi xəbər yayacağıq”.
KƏNAN BAHADIR