AZ

Kanadanın Baş naziri Fransada keçiriləcək Ukrayna ilə bağlı iclasda iştirak edəcək

Bakı. Trend:

Kanadanın Baş naziri Mark Karni yanvarın 5-dən 6-dək Parisdəkeçiriləcək "könüllülər koalisiyası"nın iclasında iştirak etməküçün Fransaya səfər edəcək.

Trend-inməlumatına görə, bu barədə Kanada Baş nazirinin mətbuat xidmətibildirib.

Məlumata əsasən, görüş iştirakçıları Ukraynadakı sülh prosesini,eləcə də Kiyev üçün təhlükəsizlik zəmanətlərini müzakirə etməyiplanlaşdırırlar.

Qeyd edək ki, dekabrın 29-da Fransa prezidenti Emmanuel Makronyanvarın əvvəlində Parisdə "könüllülər koalisiyası"nın iclasınınkeçiriləcəyini açıqlayıb.

Seçilən
19
az.trend.az

1Mənbələr