AZ

"Real Betis" Sofyan Amrabat üçün təklif irəli sürdü

İspaniyanın “Real Betis” klubu mərakeşli yarımmüdafiəçi Sofyan Amrabatı heyətinə qatmaq istəyir.

Fanat.Az xəbər verir ki, La Liqa təmsilçisi 29 yaşlı futbolçu üçün "Fənərbağça"ya şifahi olaraq 7 milyon avro məbləğində təklif irəli sürüb.

Türkiyəli jurnalist Sercan Hamzaoğlunun yaydığı məlumata görə, Amrabata Səudiyyə Ərəbistanı klublarından da maraq var. Körfəz ölkəsindən futbolçuya illik 6 milyon avro maaş təklifi edildiyi bildirilir.

Mövsümü icarə əsasında "Real Betis"də keçirən oyunçunun gələcəyi ilə bağlı yekun qərar verilməyib.

Seçilən
33
50
fanat.az

10Mənbələr