AZ

"Real Madrid"dən Mark Qehi həmləsi

"Real Madrid" müdafiə xəttini gücləndirmək üçün "Kristal Pelas"ın mərkəz müdafiəçisi Mark Qehi ilə maraqlanır.

Fanat.Az xəbər verir ki, İspaniya klubu artıq futbolçunun meneceri ilə ilkin təmaslara başlayıb. İngiltərəli müdafiəçinin özü də gələn yay azad agent statusu ilə "Santyaqo Bernabeu"ya köçməyə maraqlıdır.

"AS" nəşrinin məlumatına görə, "Liverpul" da hələ də bu transfer yarışında iddialıdır. Madrid təmsilçisi gənc müdafiəçini gələcək layihəsinin mühüm parçası kimi görür.

Danışıqların gedişatı yayın ən çox müzakirə edilən mövzularından biri olacaq.

Seçilən
57
1
fanat.az

1Mənbələr