AZ

Ermənistanda vəzifəli şəxslərə qarşı cinayət işi açılıb, həbs olunanlar var

Tbilisi, 2 yanvar, AZƏRTAC

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsində ölkənin Dövlət Gəlirləri Komitəsinin vəzifəli şəxsləri də daxil olmaqla, 5 şəxsə qarşı cinayət işi açılıb.

AZƏRTAC xəbər verir ki, onlar vəzifə səlahiyyətlərindən sui-istifadədə, vergidən yayınmada və şəriklikdə ittiham olunurlar.

İki nəfər saxlanılıb, onlardan biri Dövlət Gəlirləri Komitəsinin əməkdaşıdır.

Həbs olunanlar arasında Meğri gömrük-keçid məntəqəsinin rəisi də var.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Seçilən
148
5
azertag.az

10Mənbələr