AZ

Təcili tibbi yardıma müraciətlərin sayı artıbVİDEO

Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə edilən müraciətlərin sayı artıb.

Xezerxeber.az-ın məlumatına görə, bunu Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin həkimi Validə Səfərova deyib.

O bildirib ki, vətəndaşlar daha çox yüksək hərarət və mədə ağrısı ilə bağlı təcili tibbi yardım çağırırlar.

Həkimin sözlərinə görə, bayram günlərində təcili tibbi yardıma mədə ağrıları ilə müraciət edənlər çoxluq təşkil edir.

Bununla yanaşı, təcili tibbi yardımı ciddi olmayan səbəblərlə məşğul edən şəxslər də var.

Qeyd edilib ki, son 3 gündə təcili tibbi yardıma edilən çağırışların 30%-i əsassız müraciətlərdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
99
xezerxeber.az

1Mənbələr