GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı ərazilərə zərbə endirib. Hücumlar Livan və İsrail arasında 27 noyabr 2024-cü ildə əldə edilən atəşkəs razılaşması fonunda baş verib.
Globalinfo.az xəbər verir ki, Livan mediasının məlumatına görə, zərbələr Ənsar və Zərrariyyə arasındakı kəndləri hədəf alıb.
Uqmata kəndinin ətrafı və Kifarva və İzza kəndləri arasındakı ərazi də zərbələrə məruz qalıb.
Sosial mediada yayımlanan videolarda hücumlardan sonra göyün üzünü qalın tüstü buludlarının aldığı görünür.
Livan rəsmiləri hələlik hücumların nəticələri barədə məlumat verməyib. Mümkün itkilər və ziyan barədə məlumatlar dəqiqləşdirilir.
İsrail ordusu isə Livanın cənubundakı hava hücumları zamanı Hizbullah hədəflərinin vurulduğunu iddia edib.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.