AZ

Yəmən hökumət qüvvələri Hadramautdakı düşərgədən separatçıları çıxarıb

Bakı. Trend:

Yəmənin "Vətən Qalxanı" hökumət qüvvələrinin birləşmələri qərbiHadramaut vilayətindəki Əl-Haşaa bölgəsində əsas dayaq nöqtəsi olan37-ci Briqada düşərgəsini geri alıb və Cənubi Keçid Şurasındanseparatçı birləşmələri çıxarıb.

Trend-inməlumatına görə, bu barədə vilayətin qubernatoru və əməliyyatkomandiri Salem əl-Xanbaşi bildirib.

"Əl-Həşadakı 37-ci Briqada düşərgəsi üzərində nəzarəti ələkeçirdik", - deyə o qeyd edib.

Əl-Xanbaşi əlavə edib ki, hökumət qüvvələri "müqavimət ocaqları"ilə qarşılaşıb, lakin onları yatırmağı bacarıb və Seiyun şəhərinədoğru irəliləyir.

"Biz [Cənub] Keçid Şurasının tərkibindəki qüvvələri qantökülməsinin qarşısını almaq üçün mövqelərindən geri çəkilməyəçağırırıq", - deyə o əlavə edib.

Seçilən
136
az.trend.az

1Mənbələr