AZ

Maşın almaq üçün 30 min manatdan çox pul ödəyən vətəndaş aldadıldığını deyirVİDEO

Maşın almaq üçün 30 min manatdan çox ödəniş edən vətəndaş 2 aydır avtomobili təhvil ala və ya ödənişini geri qaytara bilmədiyini deyir.

Bu iddia ilə "Xəzər Xəbər"ə müraciət edən Səid Əliyev deyir ki, oktyabr ayında “Autonova” adlı avtomobil satışı ilə məşğul olan şirkətə Çindən maşın sifariş etmək üçün ödəniş edib. Gecikmə olsa da, ona şirkət tərəfindən verilən GPS izləmə linki vasitəsilə avtomobilin gəlişini izlədiyi üçün 2 ay gözləyib.

Xezerxeber.az-ın məlumatına görə, şikayətçi deyir ki, ona deyilən vaxt, yəni dekabrın 25-i çatanda məlum olub ki, əslində, GPS-də göstərilən izləmə yalandır. Maşın heç yolda da deyil.

Məsələ ilə bağlı sözügedən satış mağazasına sorğu ünvanladıq. Lakin qeyd olunan nömrələrin heç birindən bizim də zənglərimizə cavab verilmədi.

Şikayətçi onu da qeyd etdi ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
130
5
xezerxeber.az

4Mənbələr