Azərbaycan Premyer Liqasında 1 aylıq qış fasiləsi başlayıb.
Çempionatda 33 tur olacağından, arxada qalan 16 turu mövsümün yarısı hesab etmək olar.
Demək, komandaların Premyer Liqanın lk yarısındakı çıxışına qiymək vermək vaxtıdır.
“Qarabağ” son 5 ildə ilk dəfə qış tətilinə lider statusu ilə yollanmadı. Buna “Sabah” imkan vermədi.
Klubun iyunda baş məşqçi postuna gətirdiyi litvalı Valdas Dambrauskas sanbalını ortaya qoya bilib. Yayda komandanı yeni təhvil aldığından, “Sabah”ın avrokuboklarda çıxışı uğursuz alındı.
Çempionatda isə ikinci turda İmişliyə sürpriz şəkildə uduzanda, bir çoxunda Damrauskasın “Sabah”la uğur qazanacağına şübhə yaranmağa başladı.
Amma Masazır klubunun yeganə məğlubiyyəti elə o oldu. Avqustun 31-dən qış fasilıəsinnə qədər 4 ayda komanda 1 kubok, 14 çempionat matçında məğlubiyyət nə olduğunu bilmıdi.
“Sabah” “Qarabağ”dan sonra ən çox qol vurub, ən az top buraxmasıyla diqqət çəkir. Vurulan 29 qolun yarıdan coxu - Coy-Lens Mikels-Velko Simic tandeminin payına düşür - 16 qol. “
Sivasspor”dan 1 illik icarəyə götürülən 30 yaşlı hücumameylli yarmmüdafiəcini“Sabah”ın uğurlu tapıntılarından saymaq olar.
Serbiyada “Srvena Zvezda”, Kiprdə “Omoniya” kimi böyük klublarda oynamışSimiç “Sabah”ın gücünə güc qatıb. “Sabah” bəzən 10 il əvvəlki Roman Qriqorcukun “Qəbələ”sini xatırladır.
Amma hələki, bəzən. Əsas rəqibi “Qarabağ”ı hələlik mövsümün yeganə oyununda məğlub edən “Sabah”ın mövsümün sonunadək zirvəni əldən verməyəcəyi inandırcı görünmür.
Bəlkə Dambrauskas bunu bacaracaq və “Sabah”a tarixində ilk çempionluğu qazandıracaq. Hazırda bu, qış nağılına oxşayır, mayda isə hər şey aydın olacaq.
İlkin Fikrətoğlu