AZ

Makrondan SON DƏQİQƏ AÇIQLAMASI: “Davam edəcəyəm...”

Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.

Fransa prezidenti Emmanuel Makron ölkədəki siyasi qeyri-sabitlik fonunda Yeni il müraciətində bildirib ki, səlahiyyət müddətinin sonunadək vəzifəsini icra etməyə davam edəcək.

Bakupost.az xəbər verir ki, Makron deyib: “Sizin mənə etibar etdiyiniz mandatı yerinə yetirmək üçün son saniyəyədək çalışacağam”.

O, 2027-ci il prezident seçkilərinin sakit və xarici müdaxilə olmadan keçirilməsi üçün səylər göstərəcəyini vurğulayıb. Makronun sözlərinə görə, Fransa üçün seçkiöncəsi dövrdə sabitliyin qorunması prinsipial əhəmiyyət daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
www.bakupost.az

1Mənbələr