“Beşiktaş” klubu qapıçı Mert Günok ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilməsi üçün danışıqlara başlayıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli qapıçı ilə yolların ayrılması yaxın günlərdə rəsmiləşə bilər.
Mətbuatda yer alan xəbərlərə görə, Mert Günokun “Fənərbağça”ya transfer olması gündəmdədir və tərəflər arasında ilkin təmas qurulub.