Mərakeşdə keçirilən Afrika Millətlər Kubokunda (AMK) qrup mərhələsinin 3-cü turuna yekun vurulub.
"Football-plus.az" xəbər verir ki, bu mərhələnin yekunlarına əsasən turnirin 1/8 final cütləri məlum olub. Pley-offa Mərakeş, Mali, Misir, Cənubu Afrika, Nigeriya, Tunis, Seneqal, Konqo DR, Əlcəzair, Burkina Faso, Kot d’İvuar, Kamerun, Benin, Sudan, Mozambik və Tanzaniya yığmaları vəsiqə qazanıblar. 1/8 finalın oyunları yanvarın 3-6-sı aralığında keçiriləcək.
Bu mərhələnin cütləri komandaların qruplarda tutduqları yerlərə əsasən belə formalaşıb: Seneqal – Sudan, Mali – Tunis, Mərakeş – Tanzaniya, Cənubi Afrika – Kamerun, Misir – Benin, Nigeriya – Mozambik, Əlcəzair – Konqo DR, Kot d’İvuar – Burkina Faso.
Xatırladaq ki, AMK-nın sonuncu çempionu Kot d’İvuar yığmasıdı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta