AZ

Almaniya millisinin hücumçusu “Milan”a keçdi

BAKI, 2 yanvar. TELEQRAF

İtaliyanın “Milan” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, “rossoneri” İngiltərə “Vest Hem”indən hücumçu Niklas Fülkruqu icarəyə götürüb.

Almaniya yığmasının da üzvü olan 32 forvard "Milan"da 9 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Niklas Fülkruq bu mövsüm "Vest Hem"də 9 oyunda meydana çıxıb.

Seçilən
32
teleqraf.com

1Mənbələr