Almaniyanın məşhur “transfermarkt” portalı hər ilin sonunda ənənəvi şəkildə futbolçuların bazar qiymətini açıqlayıb. Təbii ki, siyahıda başqa ölkələrdə çıxış edən azərbaycanlı futbolçular da var.
"Football-plus.az" xəbər verir ki, ölkəmizi xaricdə təmsil edən futbolçulardan heç birinin qiyməti milyon avroya çatmır.
Bazar qiyməti ən yüksək olan Azərbaycan təmsilçilərinin ilk “5-liy”i: Mahir Emreli (Kayzerslautern, Almaniya), Cəlal Hüseynov (Arda, Bolqarıstan), Anton Krivotsyuk (Tecon Hana, Koreya) – 700 min avro (1,4 milyon manat), Renat Dadaşovv (Motor, Polşa) – 600 min avro (1,2 milyon manat), Rüfət Abdullazadə (Varajdin, Xorvatiya) – 500 min avro (1 milyon manat), Turan Manafov (Stellenbos, Cənubi Afrika), Orxan Əliyev (Özgön, Qırğızıstan) – 400 min avro (800 min manat), Emil Mustafayev (Polesye, Ukrayna), Ozancan Kökçü (Volendam, Niderland), Barış Əkinçiər (Ümraniyəspor, Türkiyə) – 350 min avro (700 min manat).
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta