AZ

Ankara-Bakı reysində dava edən sərnişin HƏBS OLUNDU

Ajans.az xəbər verir ki, 36 yaşlı Xaçmaz rayon sakini olan Z. Baloğlanov Ankarada bir qədər spirli içki qəbul edərək, təyyarəyə minib. Göyərtədə olarkən o, digər sərnişinlərlə mübahisə edib və buna görə də barəsində akt tərtib olunub. Baloğlanov Bakı hava limanına çatanda təyyarədə düşəndə polis əməkdaşları tərəfindən müvəqqəti saxlanma yerinə aparılıb. Qeyd olunub ki, o, əvvəlcə özünü normal aparsa da, sonrada başını divara çırpıb və səs-küy salıb. Bu əməllərinə görə, onun barəsində inzibati protokol tərtib olunub.

Xəzər rayon Məhkəməsinin qərarı ilə Z. Baloğlanov barəsində 4 gün müddətinə inzibati qaydada həbs cəzası verilib.

Seçilən
32
Ajans.az

1Mənbələr