İspaniyanın La Liqa təmsilçilərindən olan "Vilyarreal" yeni futbolçu transfer etdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, məlumatı İspaniya təmsilçisinin rəsmi saytı yayıb.
Argentinalı vinger Tyaqo Fernandes heyətə cəlb olunub.
21 yaşlı oyunçunun müqaviləsinin müddəti 2031-ci ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Tyaqo Fernandes son olaraq ölkəsində "Veles Sarsfild"in formasını geyinib. "Vilyarreal" 16 oyundan sonra La Liqada 35 xalla dördüncü pillədə qərarlaşıb.