Hazırda həbsdə olan məhkumun həbs edilməmişdən əvvəl gizlətdiyi avtomat, daraq və güllələr aşkarlanıb.
Moderator.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin Penitensiar Xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.
Nəticədə məhkumun həbsindən öncə Bakı şəhəri Binəqədi rayonu, İlham Hacıyev küçəsində yerləşən qəbiristanlıqda torpağa basdıraraq gizlətdiyi bir ədəd nömrəsi silinmiş "AKS-74" tipli "Kalaşnikov" markalı avtomat, bir ədəd ona məxsus daraq və 29 ədəd 7.62 kalibrli avtomat gülləsi müəyyən olunaraq götürülüb.