AZ

Rusiyada narahatlıq: Vətəndaşlara bu qadağa qoyuldu

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Rusiyada banklar dələduzluq hallarının artması səbəbilə bankomatlardan yüksək məbləğdə nağd pul çıxarılmasını müvəqqəti olaraq məhdudlaşdırmağa başlayıblar.

"Cebheinfo.az" “RİA Novosti”yə istinadən xəbər verir ki, vətəndaş böyük məbləğdə pul çıxarmaq istədikdə əməliyyat əvvəlcə avtomatik olaraq bloklanır.

Daha sonra banka tərəfindən kart sahibinə zəng edilərək əməliyyatın həqiqətən ona məxsus olub-olmadığı təsdiqlənir. Təsdiq verilsə belə, eyni məbləğin yenidən çıxarılması üçün ən azı beş dəqiqə gözləmə müddəti tətbiq olunur. 

Məlumatda “yüksək məbləğ” dedikdə konkret hansı məbləğin nəzərdə tutulduğu göstərilməyib.Dekabr ayında da banklar oxşar şəkildə yüksək məbləğli pul köçürmələrini müvəqqəti dayandırmış, göndərənlə alıcı arasındakı əlaqəni təsdiqləmək üçün əlavə suallar verməyə başlamışdılar.

Şübhəli hal olduqda bank həm göndərən, həm də alıcı ilə əlaqə saxlayaraq şəxsiyyət təsdiqi aparır. Bu üsul xüsusilə fişinq və sosial mühəndislik əsaslı dələduzluqların artması fonunda geniş tətbiq olunmağa başlanıb.

Rusiya Federasiyasının Dövlət Dumasının deputatı, İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyagin bildirib ki, bu tədbirlər müştərilər üçün narahatlıq yarada bilər, lakin banklar dələduzluq hallarının qarşısını almaq üçün bu addımları zəruri hesab edirlər.

Digər tərəfdən, yaxın vaxtlarda Rusiyada bankomatlar vasitəsilə SBP (Sürətli Ödəniş Sistemi) üzərindən nağd pul yatırma əməliyyatlarına icazə verilməsi planlaşdırılır.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
102
1
cebheinfo.az

2Mənbələr