Maraqlıdı, bəs, "qırmızı-ağlar" sabiq çalışdırıcısının təzminatını ödəyib, ya yox? Ümumiyyətlə, hadisələrin axarı nə yerdə qaldı?
Bu sualla Elmar bəyə müraciət etdik. Onun "Football-plus.az"a cavabı:
"Dəyişən nəsə yoxdu. Həminki vəziyyətdi. Gözləyirəm. Yenilik baş verməyib. Başqa məsələləri isə klubdan soruşa bilərsiz. Mən danışmaq istəmirəm".
Fürsətdən istifadə edib mütəxəssisdən Yeni il bayramını harda keçirdiyini və hansısa klubdan təklif alıb-almadığını da soruşduq:"Bayramı Bakıda, ailəmlə birgə keçirdim. Təkliflərə gəlincə, hələ istirahət edirəm. Hansısa klubdan təklif almamışam".
KƏNAN BAHADIR