AZ

“Şəxslərarası münasibətlərdə zərər görən insanlar problemi çözə bilmədikcə şikayət etməyə yönəlirlər”

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Araşdırmalara görə çox şikayət etmək beynə zərrə verir. Stanford Universitetinin etdiyi araşdırma tez-tez şikayət etmənin hafizənin və problemlərin həllindən məsul olan hipokampusun kiçildiyi göstərilmişdir. Üstəlik sadəcə şikayət etmək deyil, birinin şikayətini 30 dəqiqədən çox dinləmək belə stress hormonlarını yüksəldərək beyinə zərər verir. Qısacası şikayət artdıqca beynin mənfi düşüncələr yaratmaq meyli də güclənir. Mütəxəssislərin fikrincə, bu vəziyyət uzun müddətdə neyron itkisinə, konsentrasiya problemlərinə və emosional tükənməyə səbəb ola bilər. Həll yolu mənfi düşüncə tərzlərini tanımaq və onları daha konstruktiv alternativlərlə əvəz etməkdir. Gündəlik həyatda müsbət düşüncəni dəstəkləyən kiçik addımlar belə zehnin qorunmasında əhəmiyyətli bir fərq yarada bilər.Tez-tez şikayət etməyin beyində yaratdığı mənfi təsirlərin qarşısını almaq üçün psixoloji baxımdan hansı metodlar tövsiyə olunur?İnsan özünü mənfi düşüncələrdən necə çəkindirə bilər?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına psixoterapevt Məleykə İsmayılova bildirib ki, bəzən insan özü də fərqində olmadan daim şikayət edir: “Şikayət insanlarda artıq avtomatik vərdiş halını alıb. Bu vərdiş o qədər dərinləşir ki, bəzən insan özü də fərqində olmur ki, daim şikayət edir. Xasiyyətə çevriləndən sonra, patoloji hal alandan sonra onunla mübarizə aparmaq daha da çətinləşir. Ona görə də ilk addım fərqindəlikdir - insan durub düşünməlidir: “Mən hazırda niyə şikayət edirəm?” Bu fərqindəlik yaranmadan həmin davranışla mübarizə mümkün olmur.

Bəzi hallarda şikayət edən insan sadəcə yorğun, emosional və ya stressli olur. Məsələn, günün sonunda insan özünü gərgin hiss edir və bu emosional vəziyyət şikayət şəklində üzə çıxır. Bu səbəbləri tanımaq, şikayətin mənbəyini anlamaqla vərdişin avtomatikliyi tədricən azalır.

Beyində qərarvermə, yaddaş və problemhəll funksiyasına cavabdeh olan hipokampus bölgəsi uzunmüddətli şikayət vərdişi nəticəsində zəifləyir. Bu isə konsentrasiya pozğunluğu, qərarsızlıq və emosional yorğunluğa səbəb ola bilər. Fərqindəlik yarandıqdan sonra isə insan özünə “bu vəziyyəti necə dəyişə bilərəm?” sualını verməlidir”.

Məleykə İsmayılova

Məleykə İsmayılova qeyd edib ki, şikayət etməyə meyillilik psixosomatik xəstəliklərə yol aça bilir: “Şikayət etmə vərdişini azaltmaq insanın düşüncə və davranışlarında müsbət dəyişikliklərə səbəb ola bilər. Bunun üçün ilk addım funksional yanaşmadır - yəni "şikayət yerinə nə edə bilərəm?" sualını beynə tapşırıq kimi təqdim etmək. Bu yanaşma insanı daha məhsuldar və pozitiv düşüncəyə yönəldir. Şikayətin qarşısını almağın əsas yollarından biri isə özünə nəzarəti inkişaf etdirməkdir. İnsan düşüncələrində avtomatik olaraq mənfi fikirlərlə qarşılaşa bilər, amma bunları dilə gətirmədən öncə özünə “Niyə bu barədə şikayət edirəm? Axı məqsədim şikayət etməmək idi” sualını verməlidir.

Alternativ olaraq, günün sonunda “bugün nə yaxşı keçdi?”, “nə məni razı saldı?” sualları ilə günə hesabat vermək beynin diqqətini pozitivə yönləndirir. Zamanla bu vərdiş həyat tərzinə çevrilir. Bəzən də fizioloji məqamlar bizim şikayətimizi tətikləyir. Məsələn, fiziki narahatlıqlar- ayağı islanmış insan mütləq bir şəkildə nəqliyyatdan şikayət edəcək. İslanmış ayaq şikayət hissini gücləndirə bilər. Belə hallarda insan həm emosional, həm də fiziki vəziyyətini yoxlamalıdır: “İndi mən nə hiss edirəm? Bədənimdə nə baş verir?” Çünki mənəvi mental bədəndən əlavə, biz həm də bir fiziki bədənik. Bəzən psixi bədəndəki narahatlıqları insanı şikayətçi edir.

Öyrəndiyimiz bu olacaq ki, əslində deyinmə səbəbim ayaqlarımın islanmasıdır. Bəlkə də ayaqlarım islanmasaydı, mən avtobusu sakit bir şəkildə gözləyə bilərdim. Bəzən şəxslərarası münasibətlərdə zərər görən insanlar problemi çözə bilmədikcə şikayət etməyə meylli olurlar. Bu vərdiş zamanla onların davranışına çevrilir, ətrafdakı insanlar üçün də çətinlik yaradır və psixosomatik xəstəliklərə yol aça bilir. Hətta bu mənfi enerji başqalarına da təsir edir. Bu haldan çıxış yollarından biri günün sonunda "bu gün həyatımda nə yaxşı idi" sualına cavab vermək və "nəyə görə təşəkkür edə bilərəm" düşüncəsidir. Səhər yazılan qeydlər də zehni yüngülləşdirir. Beyin şikayət etməyə öyrəşibsə, onu əks istiqamətə yönləndirmək üçün müsbət vərdişləri təkrarlamaq vacibdir. Çünki davamlılıq - vərdişin təkrarı ilə formalaşır”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
74
46
bizimyol.info

10Mənbələr