Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev LatviyaRespublikasının keçmiş Prezidenti, Nizami Gəncəvi BeynəlxalqMərkəzinin həmsədri Zati-aliləri xanım Vayra Vike-Freyberqayabaşsağlığı məktubu ünvanlayıb.
Trend xəbərverir ki, məktubda qeyd olunub:
"Zati-aliləri,
Həyat yoldaşınız, ömür-gün dostunuz İmants Freyberqsin vəfatıxəbərini dərin kədər hissi ilə qarşıladıq.
Sizinlə birlikdə, çiyin-çiyinə böyük həyat yolu keçmiş İmantsFreyberqs hər zaman Sizin yanınızda olmuş sadiq silahdaşınızidi.
Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizinbütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbirdiləyirik".