Bakı. Trend:
Donald Tramp administrasiyası Azərbaycanın sülh gündəliyinəböyük sədaqət nümayiş etdirib.
Trend xəbərverir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentininköməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələlərişöbəsinin müdiri Hikmət Hacıyev "The Washington Times" qəzetinəaçıqlamasında deyib.
Onun sözlərinə görə, Tramp administrasiyasının dərhal qarşılıqlıyanaşması və tam şəkildə prosesə cəlb olunması xüsusilətəqdirəlayiqdir.
Hikmət Hacıyev vurğulayıb ki, ABŞ tərəfindən Azərbaycana qarşımövcud məhdudiyyətlərin davam etdirilməsi sülh prosesinə ziddir. Oqeyd edib ki, həm Azərbaycan, həm də Ermənistan hökumətləri sülhünmöhkəmləndirilməsi istiqamətində çətin bir yol qət edir. Bununlayanaşı, ABŞ Konqresində bəzi dairələrin tamamilə zəruri olmayan vəparçalanmaya səbəb olan qanunvericilik təşəbbüsləri irəli sürdüyünübildirib.
“Bayden və Blinken administrasiyası dövründə, təəssüf ki, çoxluanlaşılmazlıqlar yaşandı və bu anlaşılmazlıqlar münasibətlərimizəxeyli zərər vurdu”, - deyə Azərbaycan Prezidentinin köməkçisibildirib.
O əlavə edib ki, Azərbaycan Ermənistanla iqtisadi əlaqələrqurmaq istiqamətində addımlar atır. Bu çərçivədə Ermənistana neftməhsullarının ixracı və taxıl tədarükünün təmin edilməsi həyatakeçirilir. Onun sözlərinə görə, bu addımlar simvolik görünə bilər,lakin mühüm geosiyasi məna daşıyır. “Biz yalnız Ermənistan hökumətiilə deyil, Ermənistan xalqı ilə də sülh qururuq”, - deyə H.Hacıyevbildirib.
Hikmət Hacıyev, həmçinin Azərbaycanın dini plüralizm modelininölkəni qeyri-sabit regionda Qərb üçün təbii tərəfdaş etdiyinivurğulayıb. O qeyd edib ki, əsrlərdir Azərbaycanda yəhudi, xristianvə müsəlman icmaları yanaşı yaşayır.
“Bu, bizim ənənəmiz və kimliyimizdir. Sülh gündəliyimizə dahagüclü qərarlılığımız var və bu istiqamətdə Trampadministrasiyasının tam dəstəyini görürük”, - deyə Hikmət Hacıyevəlavə edib.