
“Strasburq”un baş məşqçisi Liam Rosenyor “Çelsi”nin yeni baş məşqçisi vəzifəsinə əsas namizəddir.
Yeniavaz.com xəbər verir ki, bu barədə insayder Fabritsio Romanonun sosial şəbəkə səhifəsində məlumat verib.
Onun sözlərinə görə, London klubunun rəhbərliyi mütəxəssisə yüksək qiymət verir və o, hazırda əsas namizəddir.
“Çelsi”nin danışıqlara başlamaq ehtimalına qarşı, “Strasburq” artıq mümkün əvəzedici variantları nəzərdən keçirir.
Qeyd edək ki, yanvarın 1-də “Çelsi” baş məşqçi Enzo Mareska ilə müqaviləni ləğv edib.