AZ

Bir İtaliya klubundan digərinə keçəcək?

“Roma” yanvarda yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.

"Football-plus.az" xəbər verir ki, paytaxt klubu “Cenoa”nın formasını geyən Morten Frendrupu icarəyə götürməyə hazırlaşır. Tərəflər arasında danışıqların davam etdiyi bildirilir. Sövdələşməyə “Roma”nın 21 yaşlı yarımmüdafiəçisi Nikkolo Pizillinin də daxil edilməsi ehtimalı var.

Morten bu mövsüm keçirdiyi 19 oyunda 1 qol vurub. Onun "Cenoa" klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdi.

Seçilən
30
football-plus.az

1Mənbələr