AZ

İran sanksiyalara qarşı çıxış yolu tapdı

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

İran Qərbin maliyyə sanksiyalarını aşmaq məqsədilə müdafiə sənayesi ixracında kriptovalyuta ilə ödəniş seçimini işə salmağa hazırlaşır.

Müdafiə Nazirliyinə bağlı ixrac qurumu olan “Mindex”, hərbi müqavilələrdə kriptovalyuta, barter və İran rialı ilə ödəniş modellərinə açıq olduğunu açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, "Financial Times" qəzetinin məlumatına görə, “Mindex” rəsmiləri hərbi məhsulların satışında rəqəmsal aktivlərlə ödənişləri qəbul etməyə hazır olduqlarını bildiriblər.

Təqdimat sənədlərində qeyd olunur ki, “Mindex” yalnız kriptovalyuta deyil, həm də barter üsulu və İran rialı ilə ödəniş modellərini də müzakirəyə açıq saxlayır. Qurumun 35 ölkə ilə aktiv müştəri əlaqələrinin olduğu bildirilir.

Satış kataloğunda isə “Emad” ballistik raketləri, “Shahed” tipli pilotsuz uçuş aparatları (PUA), “Shahid Soleimani” sinfinə aid hərbi gəmilər və qısamənzilli hava hücumundan müdafiə sistemləri yer alır.

Mütəxəssislər bu addımı İranın sanksiyalar altında müdafiə sənayesi ixracını davam etdirmək üçün alternativ maliyyələşmə kanalları yaratmaq strategiyasının bir hissəsi kimi qiymətləndirirlər.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
88
1
cebheinfo.az

2Mənbələr