“Liverpul”un cinah hücumçusu Məhəmməd Salah sabiq klubu “Roma”ya qayıda bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı “La Repubblica” yayıb.
Məlumata görə, transferin yay transfer pəncərəsində edilməsi nəzərdə tutulub.
“Roma”nın Avropa Birliyindən olmayan əcnəbi oyunçular üçün kvotası hazırda dolub.
33 yaşlı Mo 2025/26 mövsümündə 20 matçda beş qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Liverpul”la müqaviləsinin müddəti 30 iyun 2027-ci ilə qədərdir. “Transfermarkt” onun portalı onun transfer qiymətini 30 milyon avro ilə dəyərləndirir.
Xatırladaq ki, Salah “Liverpul”a 2015-17-ci illərdə oynadığı “Roma”dan keçib.