ABŞ Prezidenti Donald Tramp İranda iqtisadi problemlərdən qaynaqlanan etirazlarla bağlı açıqlama verib.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ lideri etirazçılara dəstəyini ifadə edib:
"İran dinc etirazçıları zorakılıqla öldürsə belə, ABŞ onların köməyinə gələcək. Silahlarımız hazırdır, onları xilas etmək üçün atəş açmağa hazırıq", - deyə o söyləyib.
Qeyd edək ki, İranın paytaxtı Tehranda minlərlə insan artan valyuta məzənnəsinə və iqtisadi problemlərə qarşı etirazlarda iştirak edib. Polis rejimə qarşı şüarların səsləndirildiyi nümayişə müdaxilə edib. Şiraz və Kermanşah əyalətlərində də etirazlar keçirilib.
Lorestan əyalətinin Azna şəhərində etirazlar zamanı üç nəfər ölüb, 17 nəfər yaralanıb.
Tehran əyalətinin Melard şəhərində etirazlardan sonra otuz nəfər saxlanılıb.
İran İnqilab Keşikçiləri Korpusu Lorestan əyalətində keçirilən etiraz aksiyaları zamanı təhlükəsizlik zabiti Əmir Hüseyn Xodayariferdin öldürüldüyünü açıqlayıb.
Billurə