Cənubi Koreyanın Cecu şəhərinin beynəlxalq hava limanında minik davam edən sərnişin təyyarəsi anidən tüstülənib.
"Unikal" Cənubi Koreya mediasına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 12:25-də (Bakı vaxtı ilə 7:25) baş verib. “Jin Air” şirkətinin Cecudan Phohan şəhərinə uçmalı olan təyyarəsində yaranan tüstü səbəbindən təyyarənin 122 sərnişini və heyət üzvü dərhal təxliyə edilib.
İlkin araşdırma nəticəsi tüstünün köməkçi enerji blokunda nasazlıq nəticəsində yarandığı müəyyən edilib.