AZ

Hərəkətin intensiv olduğu küçə və prospektlərdə əlavə polis naryadları cəlb edilib - DİN (FOTO)

Bakı.Trend:

Ölkə ərazisində müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədarolaraq Yeni il bayramı günlərində vətəndaşların istirahətzonalarında və yollarda hərəkət intensivliyinin artması fonundapolis əməkdaşları ölkəboyu gücləndirilmiş rejimdə xidmətini davametdirir.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, şəhər vərayonlarda, işğaldan azad olunmuş ərazilərdə, həmçinin magistralyollarda zəruri tədbirlər görülür.

Bildirilir ki, hərəkətin intensiv olduğu küçə və prospektlərdə,piyada keçidlərində əlavə polis naryadları cəlb edilib.

Gecə saatlarından etibarən təşkil edilən fasiləsiz xidmət zamanıdigər dövlət orqanları ilə birgə yollar və yol nişanları qar vəbuzdan təmizlənir, təhlükəsizliyin təmin olunması məqsədiləərazilərə qum və duz səpilir.

Polis əməkdaşları tərəfindən vətəndaşlara zəruri köməkliklərgöstərilir, daxil olan müraciətlərə çevik reaksiya verilir.

Bu istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir.

Hərəkətin
Hərəkətin
Hərəkətin
Məqalədə:
Seçilən
109
8
az.trend.az

10Mənbələr