AZ

Türkiyədə polislərin şəhid olduğu hücumla əlaqədar 26 terorçu həbs edilib

Bakı. Trend:

Türkiyənin Yalova şəhərində 3 polisin şəhid olduğu hücumlaəlaqədar saxlanılan 42 şübhəlidən 26-sı həbs edilib.

Trend bu barədəTürkiyə KİV-ə istnadən xəbər verir.

Aralarında evdən sağ çıxarılan 5 qadının da olduğu şübhəlilər,dünən Yalova Məhkəməsinə göndərilib.

Onlardan 26-sı məhkəmə tərəfindən həbs olunub, 16-sı isəməhkəmənin təyin etdiyi hüquqi nəzarət şərti ilə azadlığaburaxılıb.

Qeyd edək ki, 29 dekabrda saat 02:00 radələrində İŞİD-ə qarşıkeçirilən əməliyyat zamanı evlərdən birindən açılan atəşnəticəsində polis əməkdaşları İlker Pehlivan, Turgut Külünk vəYasin Koçyiğit şəhid olub, 8 polis və 1 mühafizəçi yaralanıb.Qarşıdurmada 6 İŞİD terrorçusu zərərsizləşdirilib.

Məqalədə:
Seçilən
39
2
az.trend.az

3Mənbələr