AZ

Cənubi Koreya təyyarəsində tüstü: 122 nəfər təxliyə edilib

Pekin, 2 yanvar, AZƏRTAC

Cənubi Koreyanın Cecu şəhərinin beynəlxalq hava limanında minik davam edən sərnişin təyyarəsi anidən tüstülənib.

AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, hadisə yerli vaxtla saat 12:25-də (Bakı vaxtı ilə 7:25) baş verib. “Jin Air” şirkətinin Cecudan Phohan şəhərinə uçmalı olan təyyarəsində yaranan tüstü səbəbindən təyyarənin 122 sərnişini və heyət üzvü dərhal təxliyə edilib.

İlkin araşdırma nəticəsi tüstünün köməkçi enerji blokunda nasazlıq nəticəsində yarandığı müəyyən edilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
62
5
azertag.az

6Mənbələr