II Liqada fəaliyyət göstərən "Şəki Siti"də vəziyyət qarışıq olaraq qalır.

Rekord.az-a daxil olan məlumata görə, komandanın ikinci dövrədə oynayıb-oynamayacağı hələ dəqiqləşməyib.

İş ondadır ki, mövsümün əvvəlindən iddialı olduğunu açıqlayan komanda futbolçularına yalnız iki ay maaş verə bilib. Saytımıza ötürülən məlumata görə, sentyabrdan bu yana futbolçular pul üzü görmür. Bu səbəbdən futbolçular bir oyunda meydançmaya çıxmaqdan da imtina etmişdi. Deyilənə görə bayram qabağı rəhbərlik futbolçulara bir aylıq maaş ödəyib. Deyilib ki, komanda fasilədən qayıdandan sonra qalan maaşlar da veriləcək. Hər şey qalır rəhbərliyin verdiyi vədə əməl edib-etməyəcəyinə.